Qida təhlükəsizliyi
Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi.
2009-dan bəri · Bakı
Sənaye, tikinti, zavod və təhsil müəssisələri üçün keyfiyyətli, təhlükəsiz və sərfəli iaşə xidməti.
Şirkət haqqında
“Seaport Catering” MMC şirkəti 2009-cu ildən başlayaraq ictimai iaşə sahəsində fəaliyyət göstərir. Şirkətimiz üçün göstərilən xidmət və yeməklərin keyfiyyəti əsas prioritet istiqamətlərdəndir.
Fəaliyyətimizi qida təhlükəsizliyi və gigiyena sahəsində dünyanın ən nüfuzlu standartı olan HACCP (Hazard Analysis and Critical Control Points) standartına uyğun qurmuşuq.
Bu gün biz Azərbaycanın iaşə bazarında ən nüfuzlu və sürətlə inkişaf edən şirkətlər sırasındayıq. Peşəkarlığımız, ciddi nəzarət edilmiş qida məhsullarımız, yüksək keyfiyyətli xidmətimiz və uğurlu təşkilatçılığımızla özümüzü inamlı iaşə xidməti göstərən şirkət kimi təsdiqləmişik.
Standartlar
Beynəlxalq standartları gündəlik işimizdə tətbiq edirik.
Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi.
Keyfiyyətin İdarə Olunması Sistemi.
İş Sağlamlığı və Təhlükəsizliyi Sistemi.
Təhlükələrin təhlili və kritik nəzarət nöqtələri.
İlk gündən iaşə sahəsində bilik və təcrübə işimizin əsasıdır. Layihəniz ən təcrübəli yemək komandalarından biri tərəfindən mükəmməl həyata keçiriləcək.
Gün ərzində sənaye, tikinti, zavod, fabrik və təhsil müəssisələrində çalışan 10.000+ nəfər üçün yemək xidməti göstəririk.
Bakı və rayonlarda 10.000+ insanı yeməklə təmin edirik. Azərbaycanın bir çox bölgəsində mətbəxlərimiz fəaliyyət göstərir.
“Hər layihə biliklərimizə, bacarıqlarımıza və peşəkarlığımıza bir çağırışdır.”
Yeni əməkdaşlıqları və müştərilərimizin tapşırıqlarını həmişə məmnuniyyətlə qarşılayırıq — çünki bu bizə daim irəli getməyə və təkmilləşməyə imkan yaradır.
Bütün fəaliyyətimizə peşəkar mütəxəssislər nəzarət edir; əməkdaşlarımız mütəmadi təlim və kurslarda iştirak edir, iş prosesinin bütün mərhələlərində gigiyena və operativlik gözlənilir.
Niyə Seaport?
Müəssisələrin keyterinq şirkətləri kimi ərzağı topdan və aşağı qiymətə əldə etmək imkanları yoxdur. Bahalı mətbəx avadanlığı almaq, yeniləmək və nəzarət etmək isə böyük vəsait tələb edir.
Mütəxəssis yoxdursa, ərzağın keyfiyyətinə nəzarət etmək çətindir — iş yerlərində qida zəhərlənmələri məhz buna görə baş verir. Keyterinq ərzaq təhlükəsizliyi deməkdir.
Qalereya
Əlaqə
Zahid Xəlilov küçəsi, 576-cı məhəllə
Bakı, AZ1141; “Renessans Palace” 17-ci mərtəbə